Almaniyada Güneyli siyasi məhbuslara dəstək eyləmi

 

Güney Azərbaycanda İran mollakratiya rejmi tərəfindən qanunsuz olaraq tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəallarına dəstək amacı ilə Almaniyada yaşayan soydaşlarımız eyləm keçiriblər.

Eyləmin təşkilatçısı Tural Abbas verdiyi açıqlamaya görə, Almaniyanın Münster şəhərində bu ölkədə yaşayan Güney və Quzey Azərbaycan kökənli mühacirlər bir araya gələrək 1925-ci ildən bu günə kimi İran işğalında olan Güney Azərbaycanda fars rejmi və mollakratiya düzəni tərəfindən günahsız olaraq tutuqlanan soydaşlarımıza, milli fəllara dəstək eyləmi keçiriblər. Eyləmçilər əllərində məhbusların adları və onlara özgürlük tələb edən sloqanlar yazılan pankartlarla Münster şəhərinin mərkəzinə yürüş elədilər.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının qanunsuz yerə tutuqlanan bütün üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi amacı ilə Avropanın bütün dövlətlərində yodaşlarımız etiraz eyləmlərini davam etdirəcəklər. Bununla yanaşı, İran mollakratiya rejiminin Güney Azərbaycanda apardığı aparteid siyasətin durdurulması üçün BMT-yə rəsmi müraciətlərin olunması üçün imza kampaniyasına da başlanılacaqdır.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

05:48