Alman polisi terrobaşı Öcalanın posterini açanlara istintaq başladacaq

 

Almaniyanın Frankfurt şəhərindəki Novruz Bayramı şənliklərində PKK lideri, dünyada aparıcı terrorçulardan biri kimi tanınan Abdullah Öcalanın rəsmi və qadağan olunmuş emblemlərdən istifadə edənlər haqqında istintaq başladıla biləcəyi açıqlanıb.

Frankfurt şəhər Polis İdarəsinin sözçüsü qadağan olunmuş şəkil və simvollardan istifadə edən şəxslər haqqında “şübhəsiz istintaq açılacağını” vurğulayıb.

Polisin verdiyi məlumata görə Novruz Bayramı şənliyinə 30 mindən çox insan qatılıb. Mitinq sahəsində PKK simvolları və Öcalan posterleri açılıb. Belə ki, Almaniyanın çeşidli bölgələrindən bayram şənliyinə qatılan fars, kürd, erməni və digər antitürk təşkilatlar bu addımı atmaqla, Türkiyəyə və bu ölkədə yaşayan Türklərə mövqelərini bir daha nümayiş etdirmək istəmişlər. Buna görə də şəhər Frankfurt Polisi İdarəsi mitinqin davam etdiyi sürəcdə nümayişçilərə şifahi anons edərək, qadağalı simvolların olduğu bayraq və posterlərin toplanmasını istəyib. Polis hər hansı xoşagəlməz ixtilafın baş verməməsinə çalışıb. Amma nümayişə heç bir müdaxilə edilməyib. Polis “toplaşma hüququnun dinc bir şəkildə istifadə edilməsini təhlükəyə atmamaq üçün” belə bir yol seçildiyini deyib. Bu hadisədən sonra Almaniya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı qınaq mesajı ona çatdırılıb.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

 

14:47