Alman kəşfiyyatından ermənilərə ağır zərbə - Sensasiyalı açıqlama

Ermənistan və Qafqazdan gələn cinayətkarlar Almaniyada mafiya şəbəkəsi qurublar.

Bu barədə Almaniyada nəşr olunan “Der Spiegel” jurnalı məlumat yayıb.

Jurnal yazır ki, son 3 il ərzində Almaniyada erməni mafiyasına qarşı keçirilmiş saysız əməliyyatlara baxmayaraq, hələlik bu şəbəkəni çökdürmək mümkün olmayıb: “Xüsusi əməliyyatlar 6 təhlükəsizlik strukturu tərəfindən həyata keçirilib”.

“Der Spiegel” erməni mafiyasının və digər Qafqaz qruplaşmalarının Rusiya-Avrasiya mütəşəkkil cinayətkar şəbəkəsinə daxil olduğunu və əməliyyatlar zamanı ələ keçirilmiş dəstə üzvlərinin bu istiqamətdə ifadə verdiyini yazır.

Əməliyyatlara Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Avropa Polis Təşkilatı (Europol) dəstək verir.

Gizli Qafqaz şəbəkəsi və erməni mafiyası özünü 2014-cü ilin iyul ayında iki klan arasında baş verən silahlı qarşıdurma zamanı ələ verib. Bundan sonra fırıldaqçılıq yolu ilə ayrı-ayrı şəxslərə məxsus pulları mənimsəmə ittihamı ilə şəbəkəyə daxil olan 42 nəfərə qarşı məhkəmə işi açılıb.

Beləliklə, alman hüquq mühafizə orqanları erməni mafiyasının izinə düşüb və bunun böyük bir şəbəkənin tərkibinə daxil olduğunu təsbit edib.

Jurnal qeyd edir ki, Rusiya-Avrasiya mütəşəkkil cinayətkar şəbəkəsinə daxil olan Qafqaz qruplaşmaları böyük pul ehtiyatına və hərbi-texniki avadanlıqlara malikdir. Lakin dəlil azlığına və 3 ildir gedən istintaqın yekun nəticəsi məlum olmadığına görə, şəbəkəni tamamilə zərərsizləşdirmək mümkün deyil.

“Der Spiegel” iddia edir ki, Ermənistanın Almaniyadakı səfiri Aşot Sumbatyan erməni mafiyasına qarşı mübarizəyə dəstək təklifini versə də, Almaniya Federal Kəşfiyyat Xidməti bunu şübhəli addımı kimi qiymətləndirərək onu rədd edib: “Alman kəşfiyyatı erməni mafiyasının Ermənistan hakimiyyəti ilə əlaqəli olmasından şübhələnir”.

Jurnal Almaniyada başlayan əməliyyatların 4 ay əvvəl İspaniyada Avropanın ən böyük cinayətkar şəbəkəsi olan erməni mafiyasına qarşı görülmüş tədbirlərin tərkib hissəsi olduğunu bildirir.

İndiyədək keçirilmiş 70-dən çox əməliyyatda 140 erməni mafiya üzvü həbs edilib, külli miqdarda qəsb, təhdid və fırıldaqçılıqla ələ keçirilmiş maddi vəsait müsadirə olunaraq götürülüb.

Xudaferin.eu

14:42