Alman bəstəkarı Bramsın əsərləri Musiqi Akademiyasında

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dünya şöhrətli alman bəstəkarı Johannes Bramsın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsert BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşib. Belə ki, konsertdə BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli (piano), əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (metso-soprano) tərəfindən bir sıra kompozisiya və duetlər səsləndirilib. Həmçinin, gənc ifaçılar Ümida Abbasova (violin) və Lalə Hüseynzadə (piano) bəstəkarın “Skertsosu”nu ifa ediblər. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı konsert proqramı maraqla qarşılanıb.

Xudaferin.eu

12:40