Alimlər sübut ediblər ki, Marsda kartof yetişdirmək mümkündür

Beynəlxalq Kartof Mərkəzinin (International Potato Center) bir qrup alimi NASA alimləri ilə birgə Mars təbiətinə ən maksimal şəraitdə kartof yetişdirilməsi təcrübələrini uğurla başa vurublar.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Phys.org saytında məlumat verilir.

Tədqiqatçılar qeyd ediblər ki, kartofun yetişdirilməsi üçün ən vacib düzgün suvarma və qida maddələrinin əlavə edilməsidir.

Bununla da, mütəxəsisslər Endi Uiranın “Marslı” romanının bir elementini yoxlayıblar. Süjetə əsasən, baş qəhrəman Mark Uotni parnik düzəldib və ilk dəfə Qırmızı planetdə kartof yetişdirib. 

Xudaferin.eu

20:50