Alimlər Antarktidada buz altında təhlükəli vulkanlar tapıblar

 

 

Alimlər Antarktidada potensial təhlükə yarada biləcək 90-dan çox vulkan tapıblar.

Edinburq Universitetinin əməkdaşı Robert Binqam bildirib ki, Antarktidada fəaliyyət göstərən 91 vulkanın püskürməsindən sonra Yerdə dünya tufanı baş verə bilər. Geoloji tədqiqatların materialları artıq tematik nəşrdə dərc olunub. Robert Binqamın fikrincə, hətta Antarktidada vulkanlardan biri aktivlik nümayiş etdirərsə, onda bütün buzlaq örtüyü qitənin sabitliyini poza bilər. Əvvəllər Antarktidada 47 vulkanın olduğu bildirilirdi. Amma son araşdırmalara əsasən, qitədə 100 metrdən 3850 metrədək hündürlüyə püskürə bilən 91 obyekt olduğu təsdiqlənib. Vulkanlar indi aktivlik göstərmir və dörd kilometr dərinlikdə buz altında yerləşir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:01