Ali Məhkəmə vəkilin kollegiya üzvlüyündən çıxarılmasına “HƏ” dedi

Bu gün Ali məhkəmədə hakim Rahib Nəbizadənin sədrliyi ilə vəkil Əlayif Həsənovun kasassiya şikayətinə baxılıb. Şikayətə baxan hakimlər kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin onun vəkillikdən xaric edilməsi barədə qərarını qanuni sayıb.

Vəkil kollegiya üzvlüyündən çıxarılması qərarından 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinə müraciət etmişdi. Birinci instansiya məhkəməsi kimi Əlayif Həsənovun vəkillikdən xaric edilməsi haqqında qərarı qüvvədə saxlayandan sonra, vəkil qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi də Vəkliilər Kollegiyasının Rəyasət heyətinin qərarına haqq qazandırıb. Məhkəmədə beynəlxalq təşkilatların və mətbuat nümayəndələri iştirak edib. Əlayif Həsənov bundan sonra Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəyini bildirib.

Xudaferin.eu

 

09:16