Ali Baş Komandanın ZƏFƏR əmri – hamı səngərə!

Sentyabrın 27-də Azərbaycanda tam fərqli bir səhər açıldı! Müzəffər, şanlı Ordumuzun ermənilərin cəbhəboyu törətdiyi təxribatlara, hücumlara layiqli, peşəkarcasına cavab verməsi, əhalimizi, ərazimizi qorumaq üçün əks-hücum əməliyyatlarına başlaması xəbəri hər kəsin qanını coşdurub.

Silahlı Qüvvələrimiz düşməni peşman edir!

Bunu 2 gün öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bəyan etmişdi!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib: “...Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Budur, artıq Azərbaycan ordusu Ali Baş Komandanın dediyi kimi, vətənimizə növbəti dəfə hücum edən mənfur erməniləri peşman edir!

Şanlı bir tarix yaşayırıq, illərdir gözlədiyimiz anlara şahidlik edirik.

Artıq Azərbaycan Prezidenti xalqa müraciət də ünvanladı, “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi.

3815ba3589b10745ea3391e30dcaf729.jpg (55 KB)
Bu haqq işində hər bir azərbaycanlı Sizinlədir, cənab Ali Baş Komandan! Biz vətəndaşlar, jurnalistlər sizinləyik, Ordumuzun, Dövlətimizin əmrlərinə müntəzirik! Əlimizdən gələn nə varsa edəcəyik! Gərəkəndə qələmlə, gərəkəndə səngərdə silaha sarılaraq döyüşəcəyik.

Bu HAQQ işimizdə, vətən savaşında hər kəs ələ-ələ, Ali Baş komandanın yanında – səngərdə olmalıdır! Artıq o andır ki, bütün partiyalar da açıq tekstlə vətən savaşında Ali Baş Komandanın, Ordumuzun yanında, səngərdə olacağına dair bəyanat verməli və bütün siyasi fəaliyyətini kənara qoymalıdır. (Yazı qələmə alınan zaman artıq Müsavat Partiyası və AMİP belə bir bəyanatla çıxış etmişdilər.)

Heç bir yerdən çatlaq səs gəlməməlidir! Kim bunu edəcəksə, deməli, qanı qanımızdan deyil, bu vətən, ONUN havası, suyu ona HARAMDIR! Kim nala-mıxa vuracaqsa, kəmfürsətlik edəcəksə, dövlət, qanun ona ən sərt şəkildə üzünü göstərməlidir.

Yumruq kimi birləşib, 30 ilə yaxındır gözlədiyimiz QƏLƏBƏni dadaq, vətənimizin illərdir erməni tapdığında olan hissəsini işğaldan azad edək və şəhidlərimizin qisasını alaq! Artıq proses başlayıb və ən qısa zamanda bu haqq işini zəfərlə sona çatdıracağıq.

Müharibənin, döyüş əməliyyatlarının xüsusi qayda-qanunları var. Hər kəs buna tabe olmalıdır. Xüsusən sosial şəbəkələrdə, fərdi xəbərləşmələrdə maksimum ayıq-sayıq olmalı, panik dezinformasiyalara uymamalı və yalnız rəsmi xəbərlərə istinad olunmalıdır. Müasir dövrdə döyüş səngərlə yanaşı, həm də informasiya məkanında gedir, hər kəs bunu nəzərə almalı və elan olunan qaydalara əməl etməlidir.

Sülhdən yayınan, davamlı təxribatlar törədən, pozuculuqla məşğul olan, torpaqlarımızı danışıqlar yolu ilə geri qaytarmaq istəməyən dığaları nəhayət, ordumuz başa salır! İllərlə, minlərlə dəfə Azərbaycan dövləti bu xəbərdarlığı etdi. Nəticə çıxarmadılarsa, əlbəttə, son sözü müzəffər ordumuz deməkdə tam haqlı və hüquqludur!
İrəli, Azərbaycan ƏSGƏRİ! Hamımız səninləyik!

xudaferin.eu

17:59