Aktyor od püskürdü

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin qanunsuz əməllərinə görə ölkə prezidentinə müraciət etdi

 

Mingəçevir şəhərində yaşayan təşkilatçı, aktyor İbrahim Türksoy İrəvan Dövlət Azərbaycan son günlər baş verən qanunsuzluqlarla bağlı baş vermiş haqsızlıqlara biganə qalmayıb. Belə ki, o sosial şəbəkədə öz şəxsi feysbuk profilində adı çəkilən teatrın aktiyoru Əjdər Zeynalova qarşı direktor İftixar Piriyevin haqsızlığından ölkə prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb.

Biz də aktyorun müraciətinə bəzi orfoqrafik düzəlişlər edərək sizlərin diqqətində çatdırırıq.

İrəvan Dövlət Azərbaycan Teatrındakı direktor İftixar Piriyevin özbaşınalığına SON qoyulsun.

Üzümü Mədəniyyət və Turizm Nazirliyinə deyil, dövlət başçısı İlham Əliyev cənablarına  tutaraq buradan səslənirəm. Xahiş edirəm aktyor Əjdər Zeynalova qarşı direktorun qarayaxma "kampaniyasına" DUR deyəsiniz!!!

Artıq teatrlarda və digər yaradıcılıq məkanlarında "anarxiya" hökm sürür. Teatrları "biznes nöqtəsi” kimi anlayan və həmin mədəniyyət ocaqlarına rəhbərlik edənlər onların qanunsuz əməllərinə dözməyərək haqlarını tələb edən və səs ucaldan sənətçilərə qarşı "repressiya" siyasətinə başlayıblar.

Mədəniyyət və Turizm Nazirliyi isə heç bir halda bu problemlərə DUR demir ! Maraqlısı bundadır ki, paytaxt Bakıda yaşayan sənət adamları da susurlar. Niyə? Çox dəyərli sənət adamları sənət yoldaşınızın problemini ölkə prezidentinə çatdırmağa da çəkinirsiniz?! İftixar Piriyev kimi direktorlar  bir gün sizi də hörmətsiz edəcəklər!..

Dövlət başçısına Mədəniyyət və Turizm Nazirliyinin problemlərə göz yumduğunu , teatrları "toçka " hesab edən nazir müavinlərinin hərəkətsizliyini açıq aşkar demək qəbahət deyil!..  Əksinə onların gizlin qalan qanunsuz əməllərinin açılmasıdır. Aktyor Əjdər Zeynalova qarşı olan haqsızlığa dur deyilməli, sənət adamlarına qarşı aparılan repressiv tədbirlərin, eləcə də "xırda direktorların" basqısı dayandırılmalıdır.

BTV.AZ 

09:42