Aksiyaçılar İnzibatı İslahatlar Nazirliyini işğal ediblər

 

Yunanıstanda iş müqavilələrinin müddəti uzatılmayan yanğın söndürmə işçiləri, şüşə və qapılarını qırdıqları İnzibati İslahatlar Nazirliyi binasını işğal ediblər. Paytaxt Afinada təxminən minə qədər yanğın söndürmə işçisi Sintaqma Meydanında toplaşaraq, hökumət əleyhdarı şüarlar səsləndiriblər. Daha sonra Baş nazirlik binasına gemiyə cəhd ediblər. Ancaq polis əməkdaşlarının müdaxiləsi ilə qarşılaşan bir qrup aksiyaçı, İnzibati İslahat Nazirliyi binasına istiqamətlənərək, binanın şüşələrini və qapılarını sındırıblar. Daha sonra nazirlik binasını işğal edərək nazir Olqa Gervasili ilə görüşmək istidiklirini səsləndiriblər. Tələblərinə cavab verilməyən aksiyaçılar daha sonra binadan ayrılıblar.

Qeyd edək ki, Yunanıstanda 5 il əvvəl işə qəbul edilən 2 minə qədər yanğın söndürmə işçisi, iş müqavilələrinin təzələnməməsi halında işsiz qala biləcəklərini irəli sürür.

 

Trt.son.tr

 

10:09