AKP hökumətinin yalnış “mültəci” siyasəti

 

Suriyadan sadə vətəndaşlar adı altında ərəblər Türkiyəyə köçürülür

 

2013-cü ildə Suriyada diktator Bəşər Əsəd rejiminə qarşı ayağa qalxan xalqla rejim arasında bu günə kimi vətəndaş savaşı davam etməkdədir. Ötən müddət ərzində diktator Bəşər Əsədin rejimini qəbul etməyən bölgələrin davamlı şəkildə uzaq vuran toplar və hərbi bombardmançı uçaqların yağmurları sonucunda yüzminlərlə insanlar Türkiyəyə mühacirət etməyə başlamışlar. Beləliklə hal-hazırda Türkiyədə 4 milyondan çox suriyalı ərəb qaçqınları məskunlaşmışlar. Onların yatacaq, yemək və dərmanla təmin olunmaları üçün hər il orta hesabla Türkiyənin büdcəsindən 25 milyard dollar həcmində vəsait xərclənir. Ekspertlərin də qeyd etdikləri kimi, Türkiyə əhalisinin bu gün 18 faizi tamamilə işsizdirlər. Ölkə gənclərinin 25 faizi iş tapmaqda aciz duruma düşüblər. AKP iqtidarı isə davamlı şəkildə Suriya mültəciləri üçün geniş imkanlar yaratmaqdadır. Suriya gəncləri bu ölkənin universitetlərində imtəhan vermədən qəbul olunurlar. Onlara hətta “burs”, yəni güzəştli təhsil düzəni də yaradılıbdır. Beləliklə də AKP-nin əşirətçi və mövhumatçı siyasəti din pərdəsi altında gerçəkləşdirilir. Hətta ərəb mültəcilərinə bu ölkədə geniş şəkildə yaşamaq imkanları yaratmaqla yanaşı, onlara güzəştli kreditlər də verilir. Ana Müxalifət CHP isə ölkədəki problemləri nəzərə alaraq, təklif edir ki, suriyalı mültəcilər arasında orta hesabla 300 minlik bir əsgəri birlik yaradılarsa, öz ölkəsində istədikləri kimi gərəkən azadlıqları gerçəkləşdirə bilərlər. Bu da diktator Bəşər Əsəd rejiminin sonu deməkdir.
Son günlər Suriyadan dinc əhali adı altında yenidən ərəblərin köç dalğası artmışdır. Bu yöndə Dəməşq, Madaya, Bıkkin, Zerabani, Cəbəl Şarkı, Ayn Fice, Fua, Kefreya, Hələb və başqa bölgələrindən əhalinin küç dalğası artmışdır. 
 
Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

20:25