Aİ liderləri Londonla “Brexit” danışıqlarının prinsiplərini dəstəklədi

 

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Böyük Britaniya ilə onun Aİ-nin tərkibindən çıxması (“Brexit”) barədə danışıqlar üçün hazırlanan direktivləri yekdilliklə dəstəkləyib.

Bu barədə məlumat Avropa Şurasının sədri Donald Tuskun “Twitter” səhifəsində yerləşdirilib. Xarici KİV-lər bu qərarın Londonla danışıqlar astanasında Avropa İttifaqının birliyini nümayiş etdirdiyini vurğulayır.

Qeyd edək ki, Avropa İttifaqının 27 ölkəsinin (Böyük Britaniya istisna olmaqla) dövlət və hökumət başçıları Birləşmiş Krallığın Aİ-nin tərkibindən çıxması məsələsi üzrə gələcək danışıqların rəhbər prinsiplərini müzakirə və qəbul etmək üçün aprelin 29-da Brüsseldə toplanıb.

Xudaferin.eu
“Avropa Bürosu”

21:31