Ağcəbədidə gələcəyin müəllimləri qul əməyinə cəlb edilib

 

Pambıq tarlaları keçmiş kommunizm rejimnə çevrilib

 

Çoxlarınız yəqin ki, ötən əsrdə – yenidənqurma zamanı böyük cinayət prosesi “pambıq işi” haqda eşitmisiniz. Bilirsiniz, bu necə və nə vaxt baş verib? Təxminən 23 il əvvəl – 1991-ci il dekabrın 25-də. Özbəkistan prezidenti İslam Kərimov “özbək işi” ilə bağlı həbs olunaraq cəzalarını respublika ərazisində çəkənlərin hamısınlı əfv edib. Özbəkistanda o tarixi belə qiymətləndirirlər: “80-ci illərin sonlarında “pambıq işi” uydurulmuşdu, “özbək işi” kimi adlanırdı və özbək xalqının mənliyinin aşağılanmasına səbəb olmuşdu. O zaman baş verənləri SSRİ-nin elə bir yeri olmazdı ki, bilməsin. Pambıq əkini, məhsul yetişəndə elliklə hamının “ağ qızıl” tarlalarına məcburən göndərilməsi bir ənənəyə çevrilmişdi. Pambıq yığımı zamanı toy etmək belə, qadağan olunurdu. “Ağ qızıl” o çağlarda hər kəsin ömründə ağ xatirələrlə qalmırdı, sosializm yarışında geridə qalan, planı artıqlamasilə yerinə yetirməyənlərin ömrünə qara səhifələr yazılırdı.
Azərbaycan Müəllimlər İnstitunun Ağcəbədi filialının tələbələrinin belləri hazırda pampıq tarlalarında bükülür. Təhsil ocağının rəhbəıri soruşanda deyir ki, icra başçısı Şahin Məmmədovun əmridir. Bu məsələnin maraqlı olan tərəfi bundadır ki, icra başçısının müavini Rövşən Əhmədov və filialın direktoru Mətanət Fərzəliyeva şərikli becərdikləri pambıq sahələrindən məhsulu pulsuz yığmağa qərar veriblər. Ona görə tələbələrin qul əməyindən istifadə edirlər.

Realmedia.az

10:16