Ağ Evin yeni birinci ledisi kimdir?

İki gün öncə ABŞ-da yeni president seçkilərinin qalibi olan Donald Trampın xanımının kim olması dünya mətbuatının əsas gündəmində olan mövzularından birinə çevrilib.
Beləliklə də Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi ilə Ağ evdəki birinci ledi də dəyişəcək.
Seçki kampaniyası zamanı Trampın qadın düşkünü olması ilə bağlı çox səs-küyə səbəb oldu. Qadın mövzularına görə, hətta onu gözdən salmaq üçün geninə-boluna istifadə etdilər. Bu kampaniyada Trampın prezidentliyə iddialı rəqibi də qadın idi. Hillari Klintonun seçkinin qalibi olacağına çoxları şübhə etməsə də, nəticədə Tramp onu üstələdi. Beləliklə, Tramp həyatında daha bir qadına, bəlkə ömrünün ən vacib anında qalib gəldi. Qadın düşkünü demişkən, milyader yeni prezident, belə qənaətə gəlmək olar ki, həyatı boyu qadınlara qalib gəlib. Yəni gözünə xoş gələn istənilən qadına, belə demək mümkünsə, ən azı sığal çəkib. Bundan həzz alıbmı? Görünür, bəzi məqamlarda hanısasa gözələ əllə toxunmaq belə Tramp kişilər üçün yetərli olub.
Melaniya Tramp milliyyətçə slovandır. 1970-ci il aprelin 26-da Yuqoslaviya Sosialist Federativ Respublikasının, indiki Sloveniyanın Posabye regionunda, Sevnitsa şəhərində doğulub. Fotomodeldir, qol saatlarının və qızıl-zinət əşyalarının dizayneridir. Amerikalı milyarderin və siyasətçi, indisə prezident Donald Trampın arvadıdır. Melaniyanın ailəsi imkanlı olmayıb. Sevnitsa şəhərinin sakinləri Melaniyanı hündürboy, arıq, ədəbli və nəzakətli qız kimi xatırlayırlar. O, heç vaxt tanınmış model olmaq istəyini büruzə verməyib.
Gələcək ulduzun, həm də birinci ledinin təhsil aldığı məktəbin direktoru deyib ki, onu əlaçı şagird, çox təşkilatçı, nümunəvi, eyni zamanda nəzakətli davranışları ilə xatırlayır: “Biz heç vaxt onun kimisə söydüyünü, yaxud pis nəsə danışdığını eşitməmişik”.
O 16 yaşında Lyublyanaya gedərək memarlıq və dizayn universitetinə qəbul olunub. Oradakı görüşü həyatını büsbütün dəyişib – Sloveniyanın paytaxtında küçədə təsdüfən fotoqraf Stane Erko ilə rastlaşıb. Hündürboy, göygöz qız fotoqrafın diqqətini çəkib.
“Hələ də xatırlayıram, o necə hündurboy və gözəl idi. Onun necə diqqəti çəkən bədəni və saçları vardı... Onun simasında gülüş vardı, o, çox utancaq idi, amma mən ona studiyaya gəlməyi təklif etdim”, - Erko Melaniyanın ağ-qara fotosunu göstərərək Qərb tabloidlərindən birinə müsahibəsində deyib.
Tezliklə (birinci kursdan sonra) Melaniya universitetdəki təhsilini buraxıb və Milana gələrək özünü tamamilə modellik karyerasına bağlayıb. Sonradan Parisdə işləyib. Melaniya bir neçə plastik əməliyyat etdirməklə sinəsini böyüdüb, dodaqlarını çəkdirib, burnunun formasını korrektə etdirib.
1996-cı ildə qərbdəkilərin qulağında daha yaxşı səslənsin deyə adını Melaniya Knaus kimi dəyişdirərək Nyu-Yorka köçüb. O, açıq-saçıq fotolar çəkdirməklə məşhurlaşmağa başlayıb. Onun belə fotoları 1996-cı ildə Fransada “Max” kişi jiurnalında yayılıb. Onun fotolarını “Vogue”, “Harper`s Bazaar”, “Ocean Drive”, “In Style”, “New York Magazine”, “Avenue”, “Allure”, “Vanity Fair”, “Self”, “Glamour”, “Elle”, “Sports Illustrated Swimsuit Issue” kimi nəşrlərin üç qabıqlarında çap olunub. O 2001-ci ildə “Nümunəvi erkək” filminə də çəkilib.
Boyu 178 santimetr olan Melaniya Trampla 1998-ci ildə Manhettendəki gecələrin birində tanış olub. Donald Tramp özündən 24 yaş kiçik olan modeldən telefon nömrəsini istəyib.

 

Melaniyanın deməsinə görə, həmin vaxt Tramp o dərəcədə içkili olub ki, nömrəsini verməkdən imtina edib. Buna baxmayaraq, sonradan münasibərləri irəliyə gedib. Onların uğurlu əlaqəsi və biznes sövdələşməsi Trampın “The Apprentice” realiti-şousunun buraxılışından, eləcə də Melaniyanın Trampla “The Howard Stern Show” radio-şousundan sonra alınıb. Tramp burada həyatındakı bütün sevgilərdən danışıb. Trampla qalmaqallı əlaqə Melaniya Knausun daha çox tanınması və populyarlaşması ilə nəticələnib. Onu Britaniyanın GQ jurnalı ilə əməkdaşlığa çağırıblar. Melaniyanın bu jurnalda da açıq-saçıq fotoları yayımlanıb. Beləcə, onu digər kişi jurnalları üçün fotolar çəkdirməyə də dəvət ediblər.
Donald Tramp və Melaniya Knaus 2004-cü ildə nikahlanıblar, 2005-ci il yanvarın 22-də isə evləniblər. Maraqlısı odur ki, təntənəli toy mərasimində Trampın son seçkilərdəki əsas rəqibi Hillari Klinton da iştirak edib. Melaniya həmin mərasimdə Kristian Dior brendinin 200 min dollarlıq gəlinlik donunu geyinib. 2006-cı ilin mart ayında cütlüyün oğlu doğulub, adını Berron Uilyam-Tramp qoyublar. O, Trampın beşinci övladıdır.

Xudaferin.eu

10:55