ADR Hərəkatı Ədliyyə nazirliyinə müraciət etdi

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatına alınması üçün növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət edilib. Bu barədə "Report"a hərəkatın sədri Qubad İbadoğlu məlumat verib.
Qubad İbadoğlu qeyd edib ki, təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanıb: "Göstərilən çatışmazlıqlar aradan qaldırılıb. Hazırda Ədliyyə Nazirliyinin cavabını gözləyirik".
Xatırladaq ki, ADR-in dövlət qeydiyyatına alınması üçün bundan əvvəl bir neçə dəfə Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılıb. Hərəkat 2015-ci ilin fevralın 21-də təsis edilib. Azərbaycan ictimai hərəkatında yeni partiyanın yaradılması ideyası həm də cəmiyyətin demokratik proseslərdə baxışlarının inkişafına təkan ola biləcəyi vurğulanır. Hal-hazırda dünyanı sarmış radikal dini baxılar üzərində köklənən strukturlardan fərqli olaraq, demokratik düzənlə ölkənin inkişaf perspektivini irəli sürən ADR Hərəkatının qarşısında hansısa süni bürokratik əngəllərin irəli sürülməsi ən ideal variant kimi dəyərləndirilməlidir. Yeni təşkilatın cəmiyyətdə demokratiyanın inkişafı baxımından önəmli olacağı vurğulanır.

Xudaferin.eu

 

12:03