ADR gələn ilin büdcəsini müzakirəyə çıxarır

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı  2017-ci ilin dövlət büdcəsinə həsr olunmuş İctimai Dinləmə təşkil edir. Yerli mütəxəssislərin iştirakı ilə düzənlənəcək  Büdcə Dinləməsində növbəti ilin büdcəsinin istiqamətləri və ondan gözləntilər müzakirə olunacaq. Müzakirələrdə dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, vergi ödəyicilərinin, qeyri-dövlət təşkilatlarının nümayəndələrinin, müstəqil ekspertlərin və medianın iştirakı nəzərdə tutulur. Dinləmələrdə iştirak sərbəstdir.

Büdcə Dinləməsi noyabrın 18-də saat 11-dən 13-dək Beynəlxalq Mətbuat Mərkəzində (Bakı şəhəri, Mətbuat prospekti 529, bina 23, 6-cı mərtəbə) keçiriləcək.
Qeyd edək ki, artıq noyabr ayının ortalarına doğru təqvim irəliləsə də, hələ də gələn ilin büdcəsi haqqında Milli Məclisdə dinləmələrə belə, başlanılmayıb.

Xudaferin.eu

12:33