Adil Qeybulla Tofiq Yaqublu ilə görüşdən sonra: “Vəziyyəti ciddidir”

10-cu gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqubluya həbsxananın sanitar hissəsində baş çəkən professor Adil Qeybulla onun vəziyyətinin "ciddi" olduğunu bildirir.

"Mən ondan xahiş etdim ki, ona dəstək üçün ürək dərmanları verim. Bunları icra etdim. Bütün bunları protokollaşdırdıq".

Professorun sözlərinə görə, Tofiq Yaqublu xeyli çəki itirib və onun qan təzyiqində qalxıb-enmələr olur. Adil Qeybulla həmçinin prezidentə müraciət edərək həbs qətimkan tədbirinin dəyişdirilməsini, müalicənin mülki şəraitdə getməsi üçün siyasi iradənin göstərilməsini xahiş edib.

Hakimiyyətin bu və indiyədək olan çağırışlara şərhi bəlli deyil.

Bundan əvvəl Prezidentin mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya deyib ki, İlham Əliyevin hüquq müdafiəçilərinin ona ünvanladığı müraciətlərə cavabı barədə məlumat olduğu halda bildiriləcək.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib ki, BBC News Azərbaycancaya 15-dən çox Qeyri-hökumət təşkilatının rəhbərinin Tofiq Yaqublu ilə etdiyi müraciət ölkənin "ən yüksək mərtəbəsində olan rəsmilərə" çatdırılıb.

O qeyd edib ki, "qarşıdakı günlərdə bununla bağlı müvafiq reaksiyalar və addımların atılacağına əmindir

https://youtu.be/m5aZQVJ7dBE

 

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etmək maddələri ilə 4 il 3 ay həbs çəzası almış Tofiq Yaqublu həbsini siyasi motivli sayır və buna etiraz olaraq həbsdən buraxılmayanadək aclıq aksiyasına davam edəcəyini bildirib.

Azərbaycan höküməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.

Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər.

Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.

AXCP və Müsavat partiyasının 4 üzvü ona dəstək üçün aclıq aksiyası keçirir.

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırmasa, komaya düşə bilər.

Tofiq Yaqublunun həbsdən azad edilməsi üçün Azərbaycanın hüquq müdafiəçiləri Prezident İlham Əliyevə və digər müvafiq qurumlara müraciət ediblər.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu BBC News Azərbaycancaya deyib ki, onlar Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçirirlər və onun tezliklə azad olunacağına ümid edirlər.

Tofiq Yaqublu ilə bağlı səslənən tələblərə hələ ki, hakimiyyət şərh verməyib.

bbc.com

11:27