Adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən türk şair: “Mükafatım həm də Azərbaycanındır”

 “83 yaşım var, 7 yaşımdan şeir yazıram. Qara dəniz bölgəsindəki deyişmə və atmaca mahnılarının 90%-ni əzbər bilirəm. Mədəniyyət və Turizm Nazirliyi dekabrın əvvəlində atmaca, deyişmə, dastan və şeirlərimin toplandığı iri həcmli kitabımı çıxaracaq”.

Bunu açıqlamasında Rizə vilayətində yaşayan el şairi, deyişmə və atmacaların mahir ustası Osman Əfəndioğlu deyib. Bu günlərdə adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən Osman Əfəndioğlu noyabrın 3-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankaradakı Beştəpə iqamətgahında qəbul edilib. O. Əfəndioğlu deyib ki, bu mükafatı əvvəlcə dünyaya, sonra Türkiyəyə, sonra Azərbaycana, sonra islam dünyasına və Rizəyə ithaf edir: “Azərbaycana sayğı və sevgimi göndərirəm”. “Prezidentlə görüşünüz necə keçdi?” sualına O. Əfəndioğlu belə cavab verib: “Hörmətli prezidentlə çoxdan tanışıq. Məni təbrik etdi. Bölgəmizdə hamıya salam göndərdi. Mən də bir neçə mahnı oxudum. Bundan sonra diqqəti kitabımın çapına yönəldəcəyəm. Kitab çıxanda yenə danışarıq”.

Xudaferin.eu

21:10