ADAU-nun əməkdaşı Qazaxıstanda beynəlxalq simpoziumda

 

Qazaxıstan Respublikası Türküstan şəhərinin TÜRKSOY tərəfindən 2017-ci il “Türk Dünyası mədəniyyət paytaxtı” seçilməsi və UNESKO tərəfindən 2016-cı ilin “Xoca Əhməd Yəsəvi” ili elan edilməsi ilə əlaqədar Beynəlxalq İctimai Elmlər Simpoziumu III Türküstan forumu təşkil edilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin assistenti Fərrux Rəhimov Əhməd Yəsəvi Universitetinə ezam edilib. 26-28 aprel 2017-ci il tarixləri arasında baş tutan simpoziumda Fərrux Rəhimov “İqtisadi inkişaf vasitəsi olaraq universitet-sənaye əməkdaşlığı və Azərbaycanda mövcud vəziyyət” adlı məruzə ilə çıxış edib. O, ali təhsil müəssisələri ilə sənaye müəssisələrinin əməkdaşlığının önəmini vurğulayıb, mövcud nəzəriyyələri və müxtəlif ölkələrin o cümlədən Azərbaycanın təcrübələrini dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrobiznes inkubatoru”nun qurulması istiqamətində həyata keçirilən işlər barəsində məlumat verib. Maraqlı müzakirə və sual-cavab şəklində keçən iki günlük simpoziumdan sonra Türküstan şəhərinin mühüm tarixi-mədəni yerlərinə gəzinti turu və musiqili-əyləncəli bağlanış mərasimi baş tutub.

Hicran Məmmədova

Gəncə

17:23