ADAU-da bayram şənliyi

ADAU-nun (Azərbaycan Dövlət Aqrar Universiteti) professor-müəllim heyəti və tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili təntənəli şəkildə qeyd ediblər. Millət vəkili Naqif Həmzəyev, Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və digər rəsmi qonaqlar tədbirdə iştirak edib, kollektivi əlamətdar gün münasibəti ilə təbrik ediblər. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, şənlik Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, ölkəmiz və şəhərimiz haqqında videoçarxlar nümayiş olunub, viktorinalar təşkil edilib.

Universitetin rektoru, İbrahim Cəfərov 2016-cı ildə əldə olunan uğurlardan, ölkənin kənd təsərrüfatının yüksək ixtisaslı mütəxəsisslərə olan ehtiyacının ödənilməsi sahəsində Universitetdə görülən işlərdən danışıb. Bayaram tədbiri Universitetin yeni istifadəyə verilən tələbə evinin həyətində də keçirilib. Tədris işləri üzrə prorektor Anar Hətəmov tələbələri bayram münasibəti ilə təbrik edib, qış imtahan sessiyasında onlara uğurlar arzulayıb. Bayram tədbirində istedadlı tələbələrin ifaları maraqla dinlənilib, çay və şirniyat süfrəsində əyləncəli oyunlar nümayiş etdirilib.

Hicran Məmmədova
Gəncə

14:42