Adambaşına xarici borclarımızın durumu necədir?

ADR (Azərbaycan Demokratik Rifah) Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu bu barədə çox ilginc bir açıqlama yayıb: “Bu gün Azərbaycanda adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollar olub”.

O daha sonra isə bunları açıqlayıb: “2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə 7,6 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 20,0 faizini təşkil edib. Adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollar olub. Həmin tarixə xarici borc üzrə alınan kreditlərin 68,5 faizi ABŞ dolları, 18,3 faizi avro, 3,7 faizi yapon yeni, 1,7 faizi isə digər valyutalar ilə olub”.
Qubad İbadoğlu onu da bildirdi ki: “Ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər olan müddətdə, 41,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Əlavə mlumat üçün onu da bildirirəm ki, 2016-cı il 1 iyul tarixinə olan operativ məlumatlara əsasən dövlətin daxili borcu 7,3 milyard manat təşkil etmişdir”.

Xudaferin.eu

12:38