Açıq havada kitabxana xidməti

 

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialında “Oxumayan bilməz, bilməyən bacarmaz” adlı mütaliə həftəsi keçirilib. Mütaliə həftəsi açıq havada kitabxananın həyətində təşkil olunub. 15 – 41 saylı məktəbin müəllim və şagirdlərləri, kitabxananın yerləşdiyi küçənin sakinləri tədbirdə yaxından iştirak ediblər. Sərgidə kitabxanaya daxil olmuş yeni kitablar, nağıllar, xarici yazarların əsərləri, yerli şair və yazıçıların kitabları, ümumilikdə 400 kitab nümayiş etdirilib.

Kitabxanaçı Xəyalə Nəsibova bildirib ki, məqsədimiz oxucuları kitabxanaya cəlb etmək və oxucu dairəmizi genişləndirmək, mütaliə mədəniyyətini inkiaf etdirməkdir. Bunun üçün sərgiyə gəncləri, uşaqları, orta yaş qrup insanları maraqlandıran müxtəlif səpgili kitablar çıxarmışıq. Həftə ərzində sərgi ilə 344 nəfər tanış olub ki, onlardan 135 nəfəri kitabxanamıza üzv yazılıb. Yeni oxuculara 203 kitab verilib. Açıq havada təşkil olunan kitabxana xidməti iştirakçılar tərəfindən maraqla qarşılanıb və qərara alınıb ki, belə tədbirlər mütəmadi olaraq həyata keçirilsin.

Hicran Məmmədova
Gəncə

 

09:20