ABŞ və Rusiyanın hərbi liderləri Azərbaycanda görüşəcək

 

ABŞ-ın Birgə Qərargahlar rəisi, hərbi dəniz qüvvələrinin generalı Cozef Danford Rusiyanın birgə qərargah rəisi Valeri Gerasimovla cümə axşamı günü Azərbaycanda görüş keçirəcək. Bu haqda açıqlama general Danfordun ofisi tərəfindən verilib.

“Hərbi liderlər hazırda Amerika-Rusiya hərbi münasibətləri və iki ölkə arasında səhvlərə və potensial böhranlara yol verilməməsi məqsədilə daimi və dəqqi kommunikasiyaların əhəmiyyətini müzakirə edəcək”-deyə ABŞ-ın Birgə Qərargahlar rəisinin ofisinin açıqlamasında bildirilir.
 

Amerikaninsesi.org

 

09:13