ABŞ və Rusiya Şimali Koreya ilə bağlı RAZILIĞA gəldi

ABŞ və Rusiya Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq məqsədilə diplomatik həll yolunun tapılması üçün birgə işi davam etdirmək haqda razılıq əldə edib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilir. Açıqlamada qeyd olunur ki, razılıq dövlət katibi Reks Tillerson və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

Bəyanatda deyilir ki, Tillerson və Lavrov Koreya yarımadasında qeyri-sabitlik yaradan nüvə proqramı ətrafında mövcud narahatlığı müzakirə edib.

Xudaferin.eu

17:52