ABŞ Suriya ordusunu bombalayıb

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib.

Xudaferin.eu xəbər verir ki, bu haqda SANA agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var.

Pentaqon bu informasiyanı təkzib edib:

“ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur”,- deyə müdafiə nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey bildirib.

Xatırladaq ki, bundan əvvəl aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun kimyəvi silah istehsal olunduğu iddia edilən obyektlərinə müştərək raket zərbələri endirmişdi.

Xudaferin.eu

11:21