ABŞ Rusiya sərhədinə F-35 yerləşdirir

 

"Lightning II" tipli qırıcı təyyarə ilə 20 təyyarəçi personal Estoniyanın Amari hava bazasında yerləşdirilmək üzrə göndərilib. ABŞ-ın Hava Qüvvələrinin verdiyi məlumata əsasən, İngiltərənin Lakenheath hava bazasından Lightning II tipli qırıcı təyyarə ilə 20 təyyarəçi personal Estoniyanın Amari hava bazasında yerləşdirilmək üzrə göndərilib.

Bəyanatda bildirilib ki, beşinci nəsil yeni döyüş təyyarələri Avropadakı ilk təlimlərinə qatılacaq. Yerləşdirmə işi bir müddətdir planlaşdırılırdı, mövcud hadisələrlə əlaqəsi yoxdur və estonyalı müttəfiklərlə əməkdaşlıq içində icra edilir. Müttəfiklərlə və tərəfdaşlarla bölgədəki sülh və sabitliklə əlaqəli vədlər mövzusunda zəmanət verilir. Bununla F-35A təyyarələrinin Avropanın hava məkanını tanımasına imkan yaradılacaq.

Qeyd edək ki,  ABŞ F-35 təyyarələrini A, B və C ardıcılı olaraq istehsal edir. Türkiyənin də aralarında olduğu 9 ölkənin ortaq konsorsiumu tərəfindən buraxılan F-35 döyüş təyyarələrinin 2018-ci ilə qədər əlaqədar dövlətlərə təhvil verilməsi, Türkiyənin də sifariş verdiyi 107 ədəd F-35 döyüş təyyarəsi sifarişinin ilk ikisini bu il təhvil alacağı gözlənilir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

22:06