ABŞ Prezidenti kosmosun mənimsənilməsinə dair direktiv imzalayıb

ABŞ-ı yenidən böyük kosmik dövlətə çevirmək istəyən Prezident Donald Tramp kosmosun mənimsənilməsinə dair direktiv imzalayıb. Bu, onun seçkiqabağı vədlərindən biridir.

Xudaferin.eu xəbər verir ki, Trampın planına əsasən, astronavtlar əvvəlcə Aya gedəcək, orada tədqiqat və hasilat bazası yaradacaqlar. Bu proqramın reallaşdırılması nəticəsində qazanılan təcrübə həm də Marsa eniş etməyə kömək göstərəcək.

NASA yenidən, özü də bir neçə rəqiblə rəqabət şəraitində fəaliyyət göstərməli olacaq: Çinin öz Ay proqramı var, həmçinin İlion Maskın şəxsi kosmik agentliyi həm Aya, həm də Marsa uçuşları hədəfləyir. Odur ki, Prezidentin sərəncamında əməkdaşlığa çağırışlar əksini tapıb.

“Biz bu dəfə təkcə bayrağımızı sancmağı və iz qoymağı planlaşdırmırıq. Biz Marsa, ola bilər, nə vaxtsa digər uzaq dünyalara uçuş həyata keçirmək üçün təməl yaradacağıq”, - Tramp belə deyib.

Xudaferin.eu

18:50