ABŞ PKK-nı “mədəniləşdirir”

Amerikalı və ingilis mütəxəssislər İraqın Səncar bölgəsində təlim verilən PKK terror təşkilatının uzun illər ərzində geydikləri saçaqlı şərfləri, genbalaq şalvarları, “döydümölməz” ayaqqabıları çıxarıb, onların həqiqi hərbçiyə bənzəmələri üçün yeni təhcizat və uniforma verib.

PKK “qabığını dəyişdi”: genbalaq şalvarları, saçaqlı şərfləri çıxardı

Suriya və Şimali İraqda yerləşdirilmiş PKK terrorçularından quru qoşunları kimi istifadə eləmək istəyən ABŞ və İngiltərə terrorçularını silahlandırmaq və təlim verməklə kifayətlənməyib. İndi də xainləri həqiq hərbçi kimi təhcizatlandırırlar. Türkiyədə qanlı qətliamlar törədən PKK terrorçuları dünənə qədər geyindikləri saçaqlı şərfləri, “mekap” ayaqqabıları (bu tip ayaqqabılar ən azı 3-4 il davam gətirir və dağlarda yaşayanlar üçün əlverişlidir) və genbalaq şalvarları bir kənara ataraq, onların yerinə kamuflyajlı, hərbi modelli geyimlərdən istifadə eləməyə başlayıblar. Peşmərgənin icazə verməsi ilə Səncardan Kərkükə qədər geniş bir sahədə hərəkət sərbəstliyi qazanan təşkilat, İŞİD-dən qaçan yezidi gəncləri də öz sıralarına qatılmağa sövq edir. Təşkilat özünün yeni quruluşunda yeni silahlardan istifadə edir, təlimlər də peşəkar hərbi qaydalara uyğun olaraq keçirilir.

Terror təşkilatının quruluşu

İŞİD-lə mübarizə bəhanəsi ilə İraq və Suriyada əsasən, türkmənlərin yaşadıqları (son dövrdə qovulduqları demək də olar) ərazilərdə yerləşdirilən, ABŞ və Qərb dövlətlərinin xüsusi təyinatlıları tərəfindən təlim verilən PKK üzvlərin silah və digər hərbi təhcizatla təmin edilir. Yaxın Şərq və türk dünyasını əhatə edən Türk Dövlətləri Beynəlxalq Jurnalistlər İttifaqının 2016-cı il mediya hesabatında PKK terrorçularının yeni silah və uniformalarının fotoşəkilləri də yerləşdirilib. Hesabatda deyilir: “İŞİD ilə mübarizə aparması üçün PKK-ya silah-sursat yardımı ilə yanaşı təlim dəstəyi də verilir. PKK ona verilən hərbi dəstək sayəsində qabığını dəyişməyə başladı. PKK artıq illərdir ki, qərbli hərbi mütəxəssislərin nəzarətində illərlə mövcud olan klaasik quruluşundan, ona biçilən rol paltarından uzaqlaşmaqla, illərdir, qurulması planlaşdırılan terror təşkilatına çevrilməkdədir. Suriya və İraqın şimalında terror kantonları, bazaları və düşərgələrini qurur”.

PKK, peşmərgə, ABŞ və kolaisiya qüvvələrinin Türk düşmənçiliyi

PKK, hazırda İraq türkmənlərinin əsas şəhəri olan Kərkükün cənubunda özünə üzv toplayır. Həftəlik proqramlar şəklində qərbli mütəxəssislər tərəfindən verilən silahlı təlimdən sonra bu gənclərə kamuflyajlı uniformalar geyindirilir. PKK-nın üzdəniraq andiçmə mərasimlərində Türkiyəyə həqarətlərlə dolu şüarlar səsləndirilir. Suriyada ABŞ və koalisiya ünsürləri, İraqda peşmərgə bütün bu fəaliyyətlərə nəinki icazə verir, hətta onları bütün imkanları ilə dəstəkləyirlər.

Hurriyyet.org

15:22