ABŞ Pekinə meydan oxudu

 

ABŞ-a məxsus hərbi gəmi, Cənubi Çin dənizində Çinin yaratdığı süni adalardan birinin yanından keçərək bölgənin özünə məxsusluğunu iddia edən Çinə meydan oxuyub. ABŞ mediasının bildirdiyinə förə, adının açıqlanmasını istəməyən mənbələr, “USS Devey” hərbi gəmisinin süni mərcan adasından 12 dəniz mili məsafədən keçdiyini bildiriblər.

ABŞ, Donald Trampın prezident olmasından indiyə qədər Cənubi Çin Dənizində ilk dəfə Pekinə meydan oxumuş oldu. Çin, mərcanlar və adalar da daxil olmaqla, bölgənin böyük bir hissəsinə sahiblik hüququ olduğunu bildirir. Hövzədə Filippin, Vyetnam, Malayziya, Bruney və İndoneziya sahilləri də var. ABŞ, beynəlxalq sularda əməliyyatlara davam edə biləcəyini bildirir.

Vaşinqton, sahil suları mübahisəsində tərəf tutmadığını bildirsə də, digər ölkələrin iddiası olduğu mübahisəli adalara keçmişdə hərbi gəmilər göndərmişdi. ABŞ, “gəmi səyahəti sərbəstliyi” adlandırdığı əməliyyatlarla, nəqliyyat yolları ilə hava yolları arasında əlaqə saxlanlmasını hədəfə alıb.

Vaşinqton, həmçinin, strateji sularda səyahət sərbəstliyini məhdudlaşdırdığı üçün Pekini tənqid eləmişdi. Çinin Cənubi Çin dənizində mərcanlardan süni ada yaratması və bəzi adacıqlarda hərbçi yerləşdirməsi bölgədə gərginliyə səbəb olub. ABŞ və Çin bir-birini Cənubi Çin dənizini hərbiləşdirməkdə ittiham edib. Tramp iqtidarı, Şimali Koreyanın nüvə təhdidinə qarşı Çinlə əməkdaşlıq eləmək istəyir. Analitiklər, ABŞ hərbi gəmisininin Çinin süni mərcan adasının yaxınlığından keçməsinin iki ölkə arasında siyasi gərginlik doğuracağını bildirirlər.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

17:06