ABŞ Okinavaya atmosfer müşahidələri üçün təyyarələr yerləşdirir

 

ABŞ Quzey Korenin artmaqda olan nüvə və raket sınaqları təhlükəsi ilə əlaqədar təyyarələrini, o cümlədən atmosfer müşahidələri üçün təyyarəsini Yaponiyanın cənubundakı Okinava aviabazasına yerləşdirir.

Bu ölkənin hərbi-hava qüvvələrinə məxsus WC-135 təyyarəsi artıq aprelin 7-də Kadena aviabazasına gəlib. Həmin təyyarə nüvə sınağından sonra atmosferdə cüzi miqdarda olsa belə yaranan radioaktiv çirklənməni qeydə alır. RC-135S təyyarəsi bu aviabazaya aprelin 5-də gəlib. Elektron kəşfiyyat sisteminə malik olan bu təyyarə artıq uçuşda olan ballistik raketləri izləmək qabiliyyətinə malikdir. ABŞ hərbiçiləri kəşfiyyat xarakterli həmin təyyarələri Quzey Korenin nüvə sınaqlarından sonra Kadena aviabazasına yerləşdirirlər.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

06:02