ABŞ NATO-dakı strateji müttəfiqi Türkiyəyə xəyanət

 

Kürd terror hərbi birləşməsi YPG-yə 100 tır silah göndərdi

ABŞ-ın Rakka əməliyyatı üçün YPG terror təşkilatına verdiyi silahlar Kamışlıdan tırlarla tədarük edilməkdədir. 15 və 20 may tarixlərindəki iki göndəriş ərzində 100-ə qədər tır, PYD/PKK bölgəsinə çatdırılıb. ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinin havadan və qismən də yerdən dəstəyi ilə onurğa sütunu PKK-nın Suriya qolu olan YPG-dən ibarət olan Demokratik Suriya Qüvvələrinin “Fəratın qəzəbi” adlandırdıqları Rakka əməliyyatı davam edir. ABŞ-ın əməliyyat üçün YPG-yə verdiyi silahlar Kamışlıdan tırlara yüklənib, Rakka əməliyyatını aparan qüvvələrə çatdırılır.

Suriya və İraqdakı kürd internet saytlarının məlumatına görə, Tabka rayonunun alınmasından sonra, İŞİD-in qondarma xilafətinin “paytaxtı” elan elədyini Rakka şəhəri 3 tərəfdən mühasirəyə alınıb. Rakkanın mərkəzinə bağlı olan kəndlərdə şiddətli atışmalar davam edir, Rakkanın şərqindəki Hemrat Nasir qəsəbəsinin böyük hissəsi isə İŞİD-dən təmizlənib.

Mərkəzi Ərbildə yerləşən “Rudav” kürd televiziyası, Demokratik Suriya Qüvvələrinin koalisiyanın havadan dəstəyi ilə davam edən əməliyyatlar nəticəsində İŞİD-in sahib olduğu torpaqları günbəgün itirdiyi, DSQ-in 2 kilometr məsafəyə yaxınlaşdığı Rakkanı 3 tərəfdən mühasirəyə aldığı xəbərlərini verib.

YPG-yə tırlarla silah-sursat, texnika göndərən ABŞ, bununla NATO müqaviləsinin maddələrini pozmuş olur. ABŞ və Türkiyə dövlətlərinin üzvü olduqları NATO müqaviləsinə görə, ittifaqın üzvləri bir-birinin təhlükəsizliyini gücləndirmək məsuliyyəti daşıyır. ABŞ isə NATO şərtlərini tapdalayaraq, əksinə, Türkiyədə daim terror aktları törətmiş, türk dövlətinə qarşı silah qaldırmış PKK-nın Suriyanın dörddə birinə yayılmasına, Türkiyəyə qarşı təhdidə çervilməsinə səbəb olub. PKK artıq NATO üzvü  Türkiyəyə, NATO üzvü ABŞ-ın verdiyi raketlərlə hücum edə bilər.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

11:15