ABŞ-ın ən məşhur bankı personalı olmayan filiallar açır

ABŞ-ın ən məşhur banklarından olan “Bank of America” son bir ayda 3-cü tam avtomatlaşdırılmış, personalı olmayan filialını açıb.

Xudaferin.eu-nun məlumatına görə, “Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın mətbuat katibi En Peys (Anne Pace) məlumat verib. 

Mətbuat katibinin sözlərinə görə, yeni tip bank filiallarında müştərilər bankomatlardan istifadə etməklə yanaşı, bankın fiziki olaraq digər filiallarında çalışan əməkdaşları ilə videokonfrans vasitəsilə ünsiyyət yarada biləcəklər. 

Peys həmçinin bildirib ki, bununla onlar işçi heyətinin sayını azaltmağı planlaşdırırlar. 

O, yeni tip filialların nağd pul çıxarmaq, çekləri nağdlaşdırmaq əməliyyatları ilə yanaşı, ipoteka və avtomobil kreditləri vermək, kredit kartları rəsmiləşdirmək kimi çətin əməliyyatları həyata keçirəcəyini qeyd edib. 

“Bank of America”nın 2018-ci ildə 50-60 filial açacağı, bunlardan çoxunun yeni tip filial olacağı ehtimal edilir. 

Xatırladaq ki, 2010-cu illə müqayisədə bankın filiallarının sayı 1321 ədəd və ya 22,4% azalıb.

Xudaferin.eu

18:31