ABŞ-la İran mollakratiya rejimi arasında olacaq savaşın qazananı bəlli

 

İranla gərginliyin yüksək səviyyəyə çıxarsa, mollakratiya rejimini əhatə edən ABŞ üslərini göstərən bir xəritə ortaya çıxıb. Xəritəyə baxılacaq olursa, İran adlanan ölkə, doğu, batı, quzey və güneydən Amerikanın hərtərəfli hədəfindədir.
“XUDAFERİN.EU”-ya daxil olan bilgilərə görə, Orta Ooğu ərəb ölkələrinin demək olar ki, hamısında ABŞ hərbi birlikləri mövcuddur. Bu ölkələrin çoxu İran mollakratiya rejimi ilə gərgin münasibətlərdədirlər. Özəlliklə də Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman batı yönündən Tehranla çox ciddi şəkildə gərgin münasibətlərdədirlər.
2002-ci ildə məşhur “11 Sentyabr” olaylarınının ardından Əfqanıstana girən ABŞ, İran mollakratiya rejimini doğu sınırları çevrəsini nəzarətə almışdır. Əfqanıstanla yanaşı,  Pakistanda da ABŞ əsgəri üsləri yer alır. Bununla yanaşı, İran mollakratiya rejimini 

quzey sınırları baxımından Qırğızıstan və Tacikistan ABŞ əsəgri üslərinin yerləşdiyi ölkələr də istənilən an əlavə problemlər yarada bilərlər. Bu İran mollakratiya rejiminin ən çox canını sıxan batıdakı əsgəri üslərin Türkiyədə üstünlük təşkil etməsidir.

Bölgə ilə ilgili olaraq, Orta Doğu mütəxəssislərini ən çox ilgiləndirən bu sual “Savaş Çıxarmı?” dilemmasıdır.

ABŞ-da Donald Trump dövrünün rəsmən başlaması ilə, Tehran-Vaşinqton münasibətləri heç vaxt olmadığı qədər gərginləşməyə başlayıb. Trumpın İran mollakratiya rejimini rəsmən “terrorçu dövlət” kimi tərif etməsi isə, 37 ildir yaşanılan gərginkliyin alovunu qızışdırmışdır.

Donald Trump, ötən həftə keçirdiyi mətbuat konfransında jurnalistlərin “İrana ölkəyə əsgəri müdaxiləni düşünürsünüzmü”? şəklindəki sorusuna: “Masadakı hər bir seçenəyi dəyərləndirik” cavabını veribdir.

Xudaferin.eu

08:43