ABŞ kəşfiyyatı: Rusiya bizim seçkilərə müdaxiləni davam etdirəcək

Moskva 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilər ərəfəsində Amerika cəmiyyətinə təsir göstərmək cəhdlərini davam etdirir və Rusiya bunda maraqlı olan yeganə ölkə deyil.

Xudaferin.eu xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın Milli Kəşfiyyat direktoru Deniel Kouts jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edib.  

“Prezident bizə konkret göstəriş verib ki, seçkilərə müdaxilə və seçkilər prosesinin mühafizəsi prioritet vəzifəmiz olsun. Biz bunu edirik və edəcəyik”, - Kouts deyib.

O qeyd edib ki, 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilərə müdaxilə məsələsində Moskvanın bütün vasitələrə əl ataraq Amerikanı zəiflətmək və ölkədə narazılıq yaratmaq cəhdlərini müşahidə edirlər.

Xudaferin.eu

12:22