ABŞ-ın “İŞİD-lə mübarizə üçün” İraqa göndərdiyi 1 milyard dollarlıq silah itib? Yoxsa...

 

Qeyri-qanuni silah satışı ilə bağlı uşaqları güldürəcək açıqlamalar – amerikalılar hesabı əlyazma ilə aparırmışlar. ABŞ-ın İraqa verdiyi silahlar qeyb olub. İŞİD terror təşkilatl ilə mübarizə üçün göndərilən 1 milyard dollarlı hərbi avadanlıq və silahlardan hələ ki, bir xəbər yoxdur. Pentaqonun illik hesabatında qeydlərin əl yazısı ilə aparıldığı bildirilib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2016-cı il hesabatı üzərindəki məxfilik, Beynəlxalq Amnistiya Təşkilatının məlumat almaq hüququ tələbi nəticəsində qaldırılıb. Təqribən, doqquz ay bundan əvvəl hazırlanan hesabatının başlığında yazılıb: “İraq Ordusunun təlimi-təhcizi fondu avadanlıqların sayını və yerini müəyyənləşdirmək üçün ciddi yoxlamalar aparmayıb”.

Auditorların hazırladıqları hesabata görə, ABŞ ordusunun təlim-təhciz proqramı çərçivəsində İraqa verdiyi 1 milyard dollardan artıq dəyəri olan silahların qeydiyyatı düzgün aparılmayıb. Hesabatda deyilir: “Quru Qüvvələri Komandanlığı, Küveyt və İraqdakı avadanlıqların miqdarı və harada olması ilə bağlı düzgün və dəqiq qeydlər aparmayıb”.

Hesabata görə, silahlar, mərkəzləşdirilmiş avtomatik sistem əvəzinə, əl yazısı ilə qeydə alınıb. “İraqın təlimi-təhcizi fondu”, ABŞ Konqresi tərəfindən 2015-ci ildə yaradılıb. Birinci ildə 1,6 milyard dollar ayrılan fondun hesabına, ötən il İŞİD amili səbəbindən 750 milyon dollar köçürülmüşdü. ABŞ, İŞİD-ə qarşı qurulan koalisiya qüvvələrinin başında durur. Vaşinqton, İraq kimi, PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-yə də böyük miqdarda silah tədarük edir. Türkiyə isə Trampın ötən ay imzaladığı, terrorçulara silah tədarükü qərarından narazıdır. Prezident R.T.Ərdoğanın Vaşinqtonda Trampla görüşü zamanı, ABŞ, silahların ancaq Rakka və ətrafında istifadə edilə biləcəyinə təminat verib.

Hurriyyet.org

 

09:35