ABŞ: “İranı Suriyadan çıxarmalıyıq”

 

BMT-nin Suriyadakı təmsilçisi Stefan de Mistura qapalı görüşdə BMT Təhlükəsizlik Şurasını Cenevrədəki Suriya sülh müzakirələrinin 4-cü turunun nəticələrinə dair məlumatlandırıb. Görüşün ardından ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Haley mətbuata açıqlamalar verib.

Nikki Haley ABŞ-ın Cenevrədəki görüşləri, Misturanı, BMT-nin Suriya siyasətini dəstəklədiyini bildirib. Halley qeyd edib ki, “siyasi həll üçün görüşlər davam etməlidir”. “Suriya artıq terroristlərin sığındığı liman olmamalıdır. İran və bu ölkənin dəstəklədiyi şiyə milislərin Suriyadan çıxarılmasının lazım olduğunu bildirib. İranı Suriyadan çıxarmaq lazımdır. Belə olan halda müttəfiqlərimizin sərhədlərinin təhlükəsizliyini də təmin edərik. Qeyd edək ki, İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft da BMT Təhlükəsizlik Şurasının Cenevrədəki 4-cü tur müzakirələrinin nəticələrini və bir sonrakı turun gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini bildirib.

 

Aqil

Azadliq.info

10:42