ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ Avropa Birliyi ölkələri ilə İranın raket proqramına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə dair danışıqlar aparır.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin baş müşaviri Brayan Xuk deyib.

“Tehranın raket proqramı “beynəlxalq təhlükəsizliyi təhdid edir. Biz bütün dünya ölkələrini İranın raket proqramı ilə əlaqəsi olan istənilən fiziki şəxslər və təkilatlara qarşı sanksiyalar tətbiq etməyə çağırırıq”.

Xudaferin.eu

13:47