ABŞ-İran münasibətləri kəskin pisləşir

 

ABŞ-la (Amerika Birləşmiş Ştatları) İran arasında gərginlik artıb. ABŞ dövlət başçısı Donald  Trampın İran mollakratiya molla rejimi ilə bağlanmış razılığın ləğv ediləcəyilə bağlı verdiyi açıqlamadan sonra Tehran hökuməti daha sərt bəyanat ilə çıxış edib.

 

İran mollakratiya rejiminin xarici işlər nazirinin mətbuat katibi Bəhram Qasımi bəyan edib ki, ABŞ prezidenti Donald Trampın hərəkətləri iki ölkə arasında qarşıdurmaya səbəb olur: “Son vaxtlar Trampın nüvə müqaviləsini ləğv etmək ehtimalı ilə bağlı ABŞ və İran arasında gərginlik artmaqdadır. Müqavilə çərçivəsində Tehran nüvə proqramına nəzarəti qəbul edib. Bunun əvəzində isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi. Son günlər isə Tramp müqaviləni ləğv edəcəyini, İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və Hizbullaha qarşı yeni həmlələr edəcəyini bildirib”.

İran mollakratiya rejiminin prezidenti saxta islahatçı donuna bütünmüş Həsən Ruhani isə deyib: “Nüvə müqaviləsinin faydalarını Tramp yox, 10 Tramp da gəlsə, geri ala bilməz”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama dönəmində həmin anlaşmalarda müəyyən qədər yumşalmalar var idi. Sonradan prezident seçilən Donald Tramp bunu daha da sərtləşdirir”.
Qeyd edək ki, başda ABŞ olmaqla demokratik dünyanı təmsil edən dövlətlərin hamısı İranla və Orta Doğu ilə bağlı yeni strateji hədəflərində Tehran mollakratiya rejiminin yeni bir nüvə ölkəsinə çevrilməsinə qarşıdırlar. Elə Donald Tramp da seçki ərəfəsində İranın nüvə ölkəsinə çevrilməsinin qarşısını alacağı vədlərini vermişdi. Bu gün həmin platformaya uyğun şəkildə gərəkən addımların atılması Orta Doğuda terrorizmə ən böyük maliyyə dəstəyi verən İran mollakratiya rejiminə qarşı genişmiqyaslı koalisiyanın qurulması prosesi müşahidə olunur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

10:07