ABŞ: “İran mollakratiya rejimi Orta Doğudakı terrorizmin ən böyük sponsorudur”

ABD (Amerika Birləşmiş Ştatları) savunma bakanı James Mattis “Orta Doğuda terrorizmin ən böyük sponsorunun İran mollakratiya rejimidir” dedi.

İran mollakratiya rejiminin bugünkü “İslam İnqilabının Keşikçiləri” Ordusu komandanlığı hərbi təlimdə yeni raket sınaqları keçirəcəyini bildirib.

“İslam İnqilabı Keşikçiləri”nə məxsus olan Tehrandakı internet saytlarının verdikləri  açıqlamada bildirilir ki, hərbi təlimlərdə ölkədə ürətilən radar, raket və savaş silah növləri ilə yanaşı, komandanlıq və onun nəzarətindəki mərkəzlər istədiyi anda bu silahlardan  yararlanacaqdır. Açıqlamalarda qeyd olunub ki, bu təlimlərin sayəsində İran mollakratiya rejimi ona qarşı gündəmə gələn təhdidlərə və qısıtlamalara qarşı hər zaman hazır olduğunu göstərmək üçün keçirdiyi ifadə edilib. Bu təlimlərdə qısa mənzilli raketlərin sınanacağı açıqlanıb. “Vilayət savuncuları” adlı hava savunma təliminin beş gün davam edəcəyi bildirilib.

“Təpələrinə raket yağıracağıq”

“Associated Press”-in yaydığı xəbərlərə görə: “İslam İnqilabı Keşikçiləri” ordusunun ən yüksək rütbəli komandanlarından biri olan Əmir Əli Hacızadə rejimin düşmənlərinin yanlış bir addım atmaları halında təpəsinə raket yağdıracaqlarını bildirib”. General onu da bildirib ki: “Əgər düşmən çizgini keçsə, raketlər təpələrinə enər”.

ABŞ-ın savunma bakanından ağır ittiham

Başqa bir yandan Yaponiyada danışıqlar aparan ABŞ savunma bakanı James Mattis “terrorizmin ən böyük sponsorunun İran mollakratiya rejiminin olduğunu” deyib. O,  həyata keçirdiyi ilk səyahət turu çərçivəsində Güney Koreyada tamamlayaraq,  Yaponiyanın başkəndi Tokioya keçən James Mattis ev sahibi ölkənin hökumət yetkililəri ilə keçirdiyi görüşlərin ardından keçirilən basın konfransında İran mollakratiya rejimini də  hədəf aldı.
James Mattis: “İran adlanan ölkədən danışılırsa, bu, dünyada terrorizmin yeganə böyük dövlət sponsorudur. Görməməzliyə vurmağın faydası yoxdur. Rədd etməyin faydası yox” ifadəsini qullanıb. ABD savunma bakanı ayrıca: “Bu an Orta Doğuda mövcud olan  qüvvələrimizin sayının artırılması üçün hər hansı bir gərəklilik görmürəm” – deyib.
Qeyd edək ki, İraq və Əfqanıstandakı terrorizmi müdafiə və idarə edən rejimlərin devrilməsi zamanı komandanlıq etmiş sabiq general, bölgədə gərəkən gücün artırımı üçün hər zaman tutumlarının olduğunu fikirlərinə də eyham vurub.

Xudaferin.eu

10:46