ABŞ Gürcüstanda hərbi baza tikir

ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək.

Xudaferin.eu Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib.

Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək.

“Bu çox iddialı bir plandır və bu il həyata keçirmək niyyətindəyik”, - Gürcüstanın müdafiə naziri bildirib.

Yaxın vaxtlarda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir.

Xudaferin.eu

18:04