ABŞ gəmiləri yola düşdü: Bu dəfə hədəfdə Kore yarımadasıdır

 

ABŞ Suriyanın “Şayrat” hərbi bazasına hücum etdikdən sonra dəniz donanmasının gəmiləri yenidən görüntülənib.

 

Bu dəfə ABŞ-a məxsus hərbi gəmilərin Kore yarmadasına tərəf yola çıxdığı və növbəri hədəfin Quzeyi Kore ola biləcəyi təxmin edilir. ABŞ prezidenti Donald Tramp dəfələrlə çıxışlarında raket sınağı keçirən Quzey Koreyə “dərs veriləcəyini” bildirmişdi.  ABŞ hərbi

donanmasının gəmilərinə USS Carl Vinson təyyarə gəmisi rəhbərlik edir. ABŞ Müdafiə Nazirliyindəki mənbələr donanma gəmilərinin Sinqapur və Kore yarımadasına getmək üçün yola çxıdığını açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın Kore yarımadasına hərbi dəniz qüvvələrinin donanmasını çıxarmasının digər anlamı isə, başda Çin olmaqla region ölkələrinin suverenliyinə qarşı çox ciddi təhdidlər ortaya çıxmaqdadır. Özəlliklə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra gərginlik daha da artmışdır. Çin region ölkələrini özünün iqtisadi təsiri altına almaqla ABŞ-a qarşı genişmiqyaslı koalisiya yaratmağı hədəf seçmişdir. O da bəllidir ki, Orta Doğuda baş verən və illərdir davam edən radikal islamçı hərəkatların çoxu Çin istehsalı olan silahlardan yararlanırlar. Bununla yanaşı, həm də vətəndaş savaşı siyasəti də regionda Rusiya ilə yanaşı, Çin tərəfindən idarə olunan prosesə çevrilib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

 

 

05:24