ABŞ F-35-lərin Türkiyəyə tədarükünü dondurdu

Ankaranın Rusiyadan C-400 zenit raketlərini almaq niyyəti səbəbi ilə ABŞ Konqresi Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin tədarükünü dondurub.

Xudaferin.eu bu barədə “The Washington Times”a istinadla xəbər verir.

Müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün nəzərdə tutulan müdafiə büdcəsinə daxil edilib və Konqresin hər iki palatasında təsdiqlənib.

F-35-lər haqqında yekun qərar Pentaqonun tədarükün ləğvi nəticələrini nəzərdən keçirməsindən sonra veriləcək.

Qarşıdakı 90 gün ərzində Pentaqon Konqresə Türkiyənin F-35 proqramında iştirakına xitam verilməsinin Ankara ilə Vaşinqton arasında münasibətlərə, həmçinin ölkənin Rusiya istehsalı olan C-400 komplekslərinin alınması planlarına nə kimi təsir göstərə biləcəyi haqqında məruzə təqdim etməlidir.

Xudaferin.eu

12:23