ABŞ-da yaşayan azərbaycanlılara xəbərdarlıq

 

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində “Qaynar xətt” yaradılıb.

Ehtiyac olacağı təqdirdə Azərbaycan vətəndaşları +12028200987 nömrəsi və ya consul@azembassy.us elektron poçtu ilə əlaqə saxlaya bilərlər. Həmçinin təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlara ABŞ-ın bu bölgəsinə səfər etməmələri, yerli dövlət qurumlarının təlimatlarına riayət və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinə müraciət etmələri tövsiyyə olunub.

Xudaferin.eu

09:43