ABŞ-da yaşayan azərbaycanlıdan amerikalı gənclərlə birgə maraqlı ifa – VİDEO

Sosial şəbəkələrdə paylaşılan yeni video izləyicilər arasında marağa səbəb olub.

Xudaferin.eu xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı amerikalı gənclərin müşayiəti ilə “Sənə də qalmaz” adlı Azərbaycan mahnısını səsləndirib.

Sözügedən mahnının musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb, sözləri Rəsul Rzaya məxsusdur. Mahnını ilk dəfə Rəşid Behbudov ifa edib. Həmin bəstə sonrakı illərdə Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, Azərbaycan əsilli İran müğənnisi Sami Yusuf, türkiyəli ifaçı Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən səsləndirilib.

Xudaferin.eu

23:59