ABŞ-da səslərin yenidən sayılmasına start verildi

ABŞ-da keçirilən prezident seçkilərində səslərin yenidən sayılması prosesi başlayır. Səslərin yenidən sayılması Miçiqan ştatında həyata keçiriləcək. Dekabrın 5-də günün ikinci yarısından etibarən məhkəmə qərarı ilə səslərin yenidən sayılması prosesinə start veriləcək. “Detroit News” qəzetinin yazdığına görə, məhkəmə prosesə başlamaq barədə qərar verib və səslərin sayılmasını dekabrın13-də yekunlaşdırmaq qərara alınıb.

Qeyd edək ki, səslərin yenidən sayılması tələbini “yaşıllar”ın namizədi Cill Stayn irəli sürmüşdü. O, Miçiqan ştatı ilə yanaşı Viskonsin və Pensilvaniyada da səslərin yenidən sayılmasını tələb edib. Hər 3 ştatda milyarder namizəd Donald Tramp demokratların namizədi Hillari Klintonu minimal səslə qabaqlamışdı. “Yaşıllar”ın 1 faizə qədər səs toplayan namizədi bu tələbini sısvermənin nəticəsinə tam əmin olmaq üçün irəli sürdüyünü bildirmişdi. Xatırladaq ki, D.Trampın qələbə qazandığı seçkilərdə Hillari Klinton rəqibindən 2 milyon artıq səs toplamışdı.

Xudaferin.eu

13:12