ABŞ-da polis məktəbdə şagirdi döydü - VİDEO

ABŞ mətbuatında polis zorakılığını əks etdirən daha bir görüntü müzakirələrə səbəb olub. Luiziana ştatında çağırış əsasında Brusli orta məktəbinə gələn polis zabiti 14 yaşlı şagirdi vəhşicəsinə yerə çırparaq, onu boğub.

Xudaferin.eu xəbər verir ki, məktəbin müşahidə kamerasına düşən görüntü “Liveleak” portalında yayımlanıb.

Kadrlarda yeniyetmə ilə polis arasında mübahisə düşdüyü görünür. Daha sonra polis zabitinin anidən uşağın üzərinə hücum çəkərək, onu yerə yıxdığını görmək olur. Çox keçmədən ikinci asayiş keşikçisi qaçaraq otağa daxil olur və şagirdi qandallamağa kömək edir.  

İnsidentdən sonra hər iki zabit istefaya göndərilib. Azyaşlıya qarşı güc tətbiq edən polis zabiti Dan Kiprianoya qarşı cinayət işi açılıb. Məhkəmə işinə əlavə olunmuş müşahidə kamerası görüntüsünün anonim olaraq sosial şəbəkələrə yerləşdirildiyi bildirilir.

Xudaferin.eu 

14:48