ABŞ bu il Əfqanıstanı İŞİD-dən azad etməyi planlaşdırır

ABŞ cari ildə Əfqanıstanın rayonlarını “İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarından azad etmək niyyətindədir. 

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstanda olan silahlı qüvvələrinin nümayəndəsi Bill Salvinə istinadən “France-Press” agentliyi məlumat yayıb. 

“2017-ci ildə onları məhv etmək və İŞİD yaraqlılarının dünyanın başqa yerlərində zərərsizləşdirilməsindən sonra istənilən ölkədən Əfqanıstana gəlib yenidən hücum təşkil etmək üçün rahat bir yer olmadığını sübut etmək üçün şansımız var”, - Salvin bildirib. 

Onun sözlərinə görə, daha öncə İŞİD yaraqlılarının regionda sayı 2,5-3 min nəfərə çatırdı, amma döyüşlərdə verdikləri itkilər və fərarilik nəticəsində onların sayı 800 nəfərə qədər azalıb.

Xudaferin.eu

21:51