ABŞ bir həftədə qitələrarası ballistik raketin iki sınağını keçirib

 

ABŞ hərbçiləri bir həftə ərzində Minuteman III qitələrarası ballistik raketinin iki test sınağını keçiriblər.

Fox News telekanalının ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına istinadla yaydığı məlumata görə, raket bu gün yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə 14:00) Kaliforniya ştatındakı Vandenberq bazasından buraxılıb. O, 4 min mildən çox məsafə qət edərək Marşall adaları yaxınlığında Sakit okean sularına düşüb. Bu sınaqların illik plan əsasında keçirildiyi və Koreya yarımadasında vəziyyətlə bağlı olmadığı bildirilir. Raketin bundan əvvəlki sınağı aprelin 26-da keçirilmişdi. Miunuteman III ballistik raketi 12 min kilometr radiusda hədəfləri vurmağa qadirdir. ABŞ ordusunda 450 belə raket var və onlar silahlanmada azı 2020-ci ilədək qalacaq.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

10:42