ABŞ azərbaycanlıları Ermənistan səfirliyi qarşısında ETİRAZ EDİRLƏR

ABŞ-da yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər.

Bazar günündən bəri ermənilərin Azərbaycan Ordusunun sərhəd mövqelərinə hücumlarına və bu hücumlarda itki verməsinə etiraz etmək üçün bir çox azərbaycanlı Ermənistanın Vaşinqton səfirliyi qarşısında toplaşıb.

Əllərində Azərbaycan bayraqları olan azərbaycanlılar, "Yaşasın Azərbaycan!", "Yaşasın millətimiz!", "Yaşasın dövlətimiz, birliyimiz!" və "Şəhidlər ölməz, vətən bölünməz!" kimi şüarlar səslədirərək erməni təxribatına etiraz ediblər.

xudaferin.eu

14:39