ABŞ Azərbaycan hökumətini Mehman Əliyevə qarşı bütün ittihamları götürməyə çağırıb

 

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Mehman Əliyevə qarşı ittihamları götürməyə və Turan İnformasiya Agentliyinin fəaliyyətini davam etdirməsinə imkan verməyə çağırıb. Bu barədə Dövlət Departamentinin sözçüsü Hether NoyertinTuran İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı açıqladığı bəyanatda deyilir.

“Birləşmiş Ştatar sentyabrın 11-də Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevin məhkəməyə qədər azad edilməsini müsbət hal kimi qeyd edir. Biz hökumətdən ona qarşı bütün ittihamların götürülməsini və Turan agentliyinin öz mühüm fəaliyyətini maneəsiz olaraq davam etdirməsinə imkan verməsini istəyirik. Biz rəsmiləri bu müsbət addımdan istifadə edərək, Azərbaycanda ifadə azadlığı və digər insan haqlarının gücləndirilməsi istiqamətində tədbirlər görməyə çağırmağa davam edirik. Biz əvvəlki kimi Azərbaycan hökumətini öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq.”

Amerikaninsesi.org

09:08